Azərbaycanın atdığı addımları yüksək qiymətləndiririk - NAZİR

  • By admin
  • 03 Avqust 2016 12:26

movlud

 

Azərbaycan və Türkiyə xarici işlər nazirləri daimi əsasda təmas saxlayırlar və bu xüsusda, 2 avqust tarixində Elmar Məmmədyarov və Mevlüt Çavuşoğlu arasında növbəti telefon danışığı olub.

XİN-dən Gununsesi.info-ya daxil olan məlumatda bildirlir ki, telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər. Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb. Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.

Gununsesi.info