Meydan TV-nin daha 3 əməkdaşının “stop”u götürüldü - GENERAL JURNALİSTLƏRLƏ GÖRÜŞDÜ

  • Müəllif: admin
  • 07 May 2019 19:38

Bu gün, mayın 7-də Baş Prokurorluq daha üç jurnalistin – Aytən Fərhadova, Aytac Əhmədova və Tural Əsədlinin xaricə çıxışına məhdudiyyəti götürüb.

Gununsesi.org xəbər verir ki, bu barədə jurnalistlərə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov bildirib və müvafiq bildirişi onlara təqdim edib. Hər 3 jurnalist Meydan TV ilə əməkdaşlıq edib.

Jurnalistlərin bildirməsinə görə, həmin idarədən vurğulayıblar ki, Meydan TV ilə əməkdaşlıq edən bütün jurnalistlərin üzərindən məhdudiyyət mayın 11-dək götürüləcək.

Bundan öncə jurnalistlər İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaracanın üzərindən qadağa götürülüb.

Onlardan əvvəl isə jurnalist Aynur Qənbərovanın (Elgünəş) səfərinə məhdudiyyət aradan qaldırılmışdı.