Türkiyənin müxalif Halk TV telekanalının İstanbulda yerləşən binasına oktyabrın 14-də səhər saatlarında polis basqını olub.
Gununsesi.info xəbər verir ki, kanalın yayımı dayandırılıb və idarəçiliyinə qəyyum təyin olunub.
Halk TV-nin İdarə Heyətinin sədri Cafer Mahiroğlu polis basqını barədə məlumat verib. Telekanalın əməkdaşı Deniz Bayramoğlunun sözlərinə görə, polis səhər saat 05:15-də binada axtarış aparıb.
CHP sədri Özgür Özəl hadisəyə etiraz edib. Basqının səbəbi ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Türkiyədə geniş izləyici kütləsinə malik Halk TV CHP sədri Özgür Özələ dəstək verən media qurumlarından biridir.
Şəbnəm












