“Microsoft” “GitHub”ı aldı

  • Müəllif: admin
  • 04 İyun 2018 16:19

  ABŞ-ın “Microsoft” korporasiyası “GutHub” veb-xidmətini satın almağa hazırlaşır.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Bloomberg” xəbər yayıb.

Artıq tərəflər arasında razılıq əldə olunub və təsmi açıqlama gözlənilir. Hələlik sövdələşmənin şərtləri, miqdarı bəlli deyil.

“GitHub” 2008-ci ildə yaradılıb və İT layihələrinin saxlanılması, eləcə də tərtibatçılar üçün nəzərdə tutulan xidmətdir. Onun bazar dəyəri 2015-ci ildə 2 milyard dollar həcmində qiymətləndirilib.