Mikayıl Cabbarov Alper Coşkun ilə görüşdü

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 09:45

mikayil

Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

Bu haqda Gununsesi.info-ya Təhsil Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb. Nazir səfirin təhsil əlaqələrinin daha da genişləndirilməsində oynadığı rolu yüksək qiymətləndirib və səfirə öz təşəkkürünü bildirib.

Öz növbəsində Alper Coşkun Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə, nazir Mikayıl Cabbarova minnətdarlığını bildirib. 

Gülnaz Qənbərli

Gununsesi.info