Mikroavtobus aşdı, 12 nəfər xəsarət aldı

  • By admin
  • 08 Avqust 2016 09:58

mikroavtobus_a

Salyan-Bakı marşrutu üzrə işləyən mikroavtobus aşıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, Salyan-Neftçala magistralının Ərəbqardaşbəyli ərazisindən keçən hissəsində sərnişin daşıyan mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info