“Amerikalı analitik Pol Qobl iyulun ikinci yarısında dünyada ən diqqət çəkən olayın nə Türkiyədə çeviriliş cəhdi, nə də Fransadakı terror olduğunu bildirir. O, rəhbərliyində Ameirka prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Zbiqnev Bjezinskinin və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş şefi Cemys Vulsinin dayandığı Ceymstaun Fondunun saytındakı yazısında Azərbaycan, Rusiya, İran və Hindistan təmsilçilərinin Moskvada şimal-çənub dəmir yolu dəhliziylə bağlı əldə etdikləri anlaşmanı iyulda baş verən və regionun geosiyasi reallığını dəyişən ən önəmli hadisə kimi qiymətləndirir”.
Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Sahib Alıyev dilə
gətirib. “Qobla görə belə bir addım atmaqla Moskva xristian Ermənistandansa Azərbaycana daha böyük önəm verdiyini ortaya qoyub və bu, Dağlıq Qarabağ probleminə öz təsirini göstərəcək”-deyə,o, sözlərinə əlavə edib.
Gununsesi.info