Millət vəkili: " O ZAMAN DA BELƏ REAKSİYA OLSAYDI..."

  • By admin
  • 19 May 2017 23:30

20150225_aydin-mirzezade-teze-shekil

“Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin dövlət qeydiyyatının ləğvinə Azərbaycan ictimaiyyətinin kəskin reaksiyası qürur verir”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O, bildirib ki, bu, milli hissiyatımızı qorumaq əzmimizdən, milli birliyimizin gücündən xəbər verir.

“Bu reaksiya 1920-ci ildə İrəvan, 1920-ci ildə Göyçə və Zəngəzur, 1929-cu ildə Mığrı Ermənistana veriləndə, 1923-cü ildə süni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda, 1948-1953-cü illərdə azərbaycanlılar zorla Ermənistandan deportasiya ediləndə, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılanda olsaydı, indi tarix başqa idi”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Gununsesi.info