Millət vəkili bu vəzifəsini itirdi

  • Müəllif: admin
  • 23 Yanvar 2019 12:09

Azərbaycan Dövlət İqtisad Universitetinin qiymət və qiymətləndirmə kafedrası bağlanıb.

Gununsesi.org-un məlumatına görə, bununla bağlı  UNEC-in rektoru, professor  Ədalət Muradov əmr imzalayıb. Məlumatı Azərbaycan Dövlət İqtisad Universitetindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən kafedranın müdiri  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı olub.