Millət vəkili pensiyalarının artırılması yollarını göstərdi

  • Müəllif: admin
  • 13 Mart 2017 12:18
tahir
 
Millət vəkili Tahir Kərimli Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin Aparatının saxlanması üçün ayrılan vəsaitin artıq qalan yüz milyondan artıq hisəssəsini pensiyaların artırılamsına yönəldilməsini təklif edir.
Bu barədə Gununsesi.info-ya  açıqlama verən millət vəkili Tahir Kərimli deyib ki,   dövlət büdcəsindən ayrılan vəsaitin 15 faizi nazirliyin saxlanmasına yönəldilir və  ayrılan vəsaitin də  101 milyon manatı işlənməmiş qaydada ildən-ilə  keçir:
“Hökumətə təklif edirəm  ki, artıq qalan bu vəsaiti pensiyaların artırılmasına yönəltsin”.
 
T. Kərimli deyib ki, Millis Məclisdə (MM) çıxış edən zaman parlament rəhbərliyi qeyd edir ki,  irəli sürdüyünüz təklifin mənbəyini göstərin.
“Mən də “Əmək Pensiyası haqqında” qanuna edilən dəyişiklik və pensiyaların artırılması ilə bağlı  xüsusi bir mənbəyi göstərmək istəyirəm. Bu  hansı mənbədir  və nədən ibarətdir? Biz bilirik ki, sosial müdafiə sisteminin saxlanılması üçün dövlət büdcəsindən 3 milyard 400 milyon pul ayrılır. Onun 3 milyard 214 milyonu pensiyanın ödənilməsi üçündür. Yerdə 186 milyon qalır ki, o da  sistemin saxlanılması üçün nəzərdə tutulur. Və bilirik ki, büdcədən 15 faiz ayrılanda, bu, edir 319 milyon. 10 faiz limit də edir 218 milyon. Hesab edirəm ki, fərdi hesabın sığorta hissəsindəki payın 90 faizə qaldırılması, yəni, fərdi hesabın sığorta hissəsində kifayət qədər pul qalması üçün bəlkə də 15%-in 8 faizə endirilməsi kifayətdir. Əgər dövlət büdcəsindən 186 milyon sistemin saxlanılmasına bəs edirsə, biz nə üçün 319 milyon ayırmalıyıq?
NAZIRLIK
Və demək olar ki, 133 miliyon manat xərclənmədən ildən ilə keçəcək. Ona görə də təklif və təkid edirəm ki, heç olmasa. bu, 10 fazi olsun. 218 miliyon pul kifayətdir və üstəlikdə 32 milyon artıq pul qalır. Yəni, 218 miliyon sistemin saxlanılmasına bəs etdiyinə görə, 32 miliyon artıq qalır və üstəlik hər il 101 miliyon manat pensiyaların sığorta hissəsinə keçəcək ki, bu da vətəndaşlarımızın pensiyaya çıxan zaman pensiyasının artımına çox ciddi təsir edəcək”- deyə, millət vəkili vurğulayıb.
T. Kətimli  bildirib ki, heç kim bu 101 miliyon manatı inkar edə bilməz: “Burada yarım  və ya bir miliyon fərq edə bilər. Bu, dəqiq rəqəmdir ki, bunu vətəndaşlara vermək lazımdır”.
 Millət vəkili əlavə edib ki,  Beynəlxalq Sosial Sığortalar Fondları Assosasiyası Azərbaycanda sosial müdafiə sisteminin fəaliyyətini yüksək qiymətləndirib:
“Əlimdə sənəd var, Rusiyanın baş nazirinin müavini qeyd edir ki, Azərbaycan dünyada yeganə dövlətdir ki, Elektron Əmək Müqaviləsi sistemi tətbiq edir. Bu, müsbət haldır. Beynəlxalq təşkilatlar qeyd edir ki, Azərbaycan Şərqi Avropada və MDB məkanında yeganə dövlətdir ki, mərkəzləşdirilmiş şəkildə pensiya ödəmə sistemi var. Bu, yaxşıdır”.
milli-meclis
Bununla belə millət vəkili onu da əlavə edib ki, pensiyanın verilməsi 3 mərhələdən başlayıb:
“Müstəqilliyimizə-1992-ci ilə qədər, 1992-ci ildən 2006-cı ilə qədər, 2006-dan bugünə qədər. 1992-cı ilə qədər 90 min insan pensiyaya çıxıb ki, bunun üçün də dövlət büdcəsindən 147 miliyon pul ayrılıb. Mən hesab edirəm ki, dövlət həmin adamların pensiyasının ödənilməsi üçün kifayət qədər vəsait ayırmalıdır. Bu sistemləri ona görə dedim ki, əgər avtomatlaşdırılmış sistem varsa, bu nə deməkdir?! Bu, o, deməkdir ki, insanlar başqa yollarla pensiyaya, əlilliyə çıxmasınlar və başqa yollarla özlərinə əlillik almasınlar. Təsəvvür edək ki, Azərbaycanda 1.3 miliyondan çox pensiyaçı var. Və 300 mindən çox əlillərimiz var. Bunun qarşısını almaqdan ötrü bu sistemi işə salmaq lazımdır, dediyim kimi, müəyyən məsələlər də var ki, burada qarışdırdılar.
İnsanların orta ömür səviyyəsi ilə pensiyaçıların orta ömür səviyyəsi tamamilə fərqlidir. Qadın pensiyaçıların orta ömür müddəti 78.5 yaşdır. Kişilərin isə 77.4 yaşdır. Belə çıxır ki, 60 yaşından pensiyaya çıxan qadın, 63 yaşında pensiyaya çıxan kişi dövlət onların saxlanılması üçün, qadınlar üçün 18 il yarım, kişilər üçün 14 ildən artıq əlavə vəsait xərcləyir”- deyə, o, vurğualyıb.
 
Millət vəkili xüsusilə ölkədə qeyri- neft sektorunun inkişafı ilə bağlı proqramlar işləndiyini nəzərə alaraq, elm və təhqiqat inistutlarından başqa, kənd təsərrüfatı müəssələrində işləyən alimlərimizə də elmlər doktoru və elmlər namizədi üçün nəzərdə tutulan 200 manata 120 manat əlavələr ödənilməsini təklif edib:
“Bu, kənd təsərrüfatının inkişafı üçün çox zəruri bir məsələdir”.
tahir
Mürtəza
Gununsesi.info