Millət vəkili rayonlarda kişi müəllim qıtlığını gündəmə gətirdi

  • By admin
  • 31 Mart 2017 17:15
 tahir
“Kişi müəllim qıtlığı aradan qaldırılmazsa, biz bunun gələcəkdə ciddi fəsadlarının şahidi olacağıq”.
 
Bunun Gununsesi.info-ya millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bu məsələ respublikada  ciddi problemə çevrilib, demək olar  ki, respublikanın bütün regionlarında belə problem var:
“Mən bunu elə təhsil aldığım Ağsu rayonundakı təhsil aldığım məktəbdə 77 qadın müəllimə var  və onun cəmi 11 kişi müəllimdir. Onların da bir çoxunun pensiya yaşı çatır. Övladlarımız qadın müəllimləri, tərbiyəçiləri görür”.
Millət vəkili  kişi müəllimlərin azlığının səbəbi kimi onların maaşların azlığı ilə izah edib. 
T. Kərimli  hökumətə təklif edir ki, vəziyyətdən çıxış yolu kimi müəllimlərin maaşlarının artırılması və  digər stimullaşdırıcı addımlar atılmalıdır:
“Mən eyni zamanda,  kişi müəlliminin az olduğu yerlərdə kişi müəllimlərə pensiya yaşı çatan zaman güzşət olunarsa yaxşı olar. Hesab edirəm ki, bu xeyli dərəcədə uşaqlarımızın təhsilinə kömək edərdi. Əks təqdirdə  vəziyyət pisliyə doğru gedəcək”.
O, əlavə edib ki, ümumiyyətlə, orta məktəbi bitirənlərin bir çoxu ali məktəbə daxil ola bilmir, yüzlərlə məktəblər “0” nəticə göstərirlər.
“Yaxşı olardı ki, Təhsil nazirliyi çox ciddi şəkildə götür-qoy eləsin. Təhsil rentabelli olsun. Bundan başqa məktəbəqədər təhsilə də toxunmaq istəyirəm. Azərbaycanda bunun səviyyəsi 30 faizdən bir qədər yuxarıdır, dünyada 55 faiz, Rusiyada 87 faiz. Bu istiqamətdə də müəyyən zəruri hərəkətlərin edilməsi vacibdir. Ümumiyyətlə, elmi təhqiqat nəticəsində Əmək məhsuldarlığının artırılmasına yönələn təklifləri müdafiə etmək lazımdır ki, alimlər intelektual potensialı hesabına həyat şəraitini  yaxşılaşdırsınlar”- deyə, T.Kərimli bildirib.
 
T. Kərimli təmsil olunduğu Ağsu, İsmayıllı və Şamaxı rayonlarının da bir sıra problemlərini dilə gətirərək bildirib ki, Ağsu-Kürdəmir istiqamətindən daxil olan yüklər, sərnişinlər 50-100 km-lik məsafəni başqa yolla 200-500 km-ə qədər qət etməli olurlar. Bu yol  yenidən bərpa olunarsa iqtisadiyyata çox ciddi kömək etmiş olardı:
  “Digər bir məqam isə Quba-Şamaxı yolu ilə bağlıdır ki, iş çox ləng gedir, bu bizim iqtisadiyyatımıza xələl gətirir. Arzu edirəm ki, bura vəsait çox qoyulsun. İstəyirəm ki, bu iş sürətlənsin”.
Millət vəkili Ağsu dolaylarında yolunun yenədən əsalə təmir olunaraq insanların istifadəyə verilməsini hökumətə təklif edib.
“Toxunmaq istədiyim digər əsas məsələlərdən biri də  Ağsu dolayları ilə bağlıdır. Ağsu dolaylarında olan obyektlərdən ümumilikdə 500-ə yaxın ailə dolanırdı. Bununla bağlı hökumətin aiddiyatı qurumlarına müraciət etmişəm və ümid edirəm  ki,  o yol tezliklə daha yüksək səviyyədə düzələcək. Çünki vaxtı ilə bu yolla avtobuslar, minik maşınları işləyirdi, Kürdəmir və Göyçay istiqamətində hərəkətlər var idi, camaat da dolanırdı,  həm də rahat gedib-gəlmək olardı. İstəyirəm bu yol əsaslı təmir olunsun”- deyə, o, bildirib.
Mürtəza
Gununsesi.info