Millət vəkili Taylanda səfər edib

  • By admin
  • 31 Dekabr 2017 16:10


Millət vəkili Qənirə Paşayeva Taylandda səfərdədir.

Gununsesi.info xəbər verir ki, səfər zamanı Q. Paşayeva Taylandın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləriilə görüşüb. Görüş zamanı millət vəkili Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib.

Görüşün sonunda Qənirə Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirəningilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

 

Gununsesi.info