
“Serj Sərkisyan son açıqlamalarından birində deyib ki, bütün dünya yığılsa da, Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamağa razı sala bilməz. Nə problem var ki? Bizim istədiyimiz öz torpaqlarımızı qaytarmaqdır”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.
Onun sözlərinə görə, ermənilər istəyərlər orada yaşayarlar, istəməzlər yaşamazlar. “İndinin özündə belə onlar həm Qarabağdan, elə həm də Ermənistandan köçüb getmirlərmi. Ermənidir, harada günü daha xoş keçərsə, ora da köçüb gedir. Gedənə yaxşı yol deyərlər, gedən özü yaxşı olmasa belə…”-deyə,o, sözlərinə əlavə edib.
Gununsesi.info










