Millət vəkilləri aclıq aksiyasına başlayıb

  • By admin
  • 11 May 2017 11:59

1490841_940x531

Türkiyədə CHP-dən olan 4 millət vəkili bu gündən etibarən 24 saatlıq aclıq aksiyasına başladıqlarını elan ediblər.

Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, 4 CHP-li İstanbul millət vəkili Ali Şeker, Bursa millət vəkili Orhan Sarıbal, Antaliya millət vəkili Niyazi Nefi Kara və Balkesir millət vəkili Mehmet Tüm aclıq aksiyasına balayıb.

“Buna səbəb isə  vəzifəsindən çıxarılan Nuriye Gülmen və Semih Özakcanın çıxarılmasına etiraz etməklə yanaşı, onların səsini ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə də 24 saat ərzində nə yemək yeyəcəyik, nə də içəcəyik”- İstanbul millət vəkili Ali  Şeker öz Twitter hesabından paylaşıb.

Gununsesi.info