Millət vəkilləri uşaqların cinsi istismara məruz qalmasından NARAHATDIRLAR

  • Müəllif: admin
  • 25 Yanvar 2018 11:40

Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin  parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 25-də keçirilən ilk iclasında uşaqların istismara, xüsuslə, cinsi istismara qalması məsələsi müzakirə mövzusu olub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ilk danışan millət vəkili Sədaqət Vəliyeva sözügedən  məsələnin ağrılı, utanverici olduğunu, onun qarşısının alınmasının vacibliyini, bu yöndə qanunverilcilikdəki müddəaların daha da sərtləşdirilməsinin gərəkdiyini vurğulayıb.

Onun sözlərinə görə, son illər çox təəssüflər olsun ki, ölkədə boşanma, xüsusən də, erkan nikahlar arasında, halları artıb və bundan da ən çox əziyyət çəkən azyaşlı uşaqlar olur: “Bəzən həmin uşaqlar ortada qalır və bir sıra hallarda da cinsi istismarla üzləməli olurlar. Bu, çox ağrılı məsələdir. Bunun bağlı daha ciddi addımlar arılmalıdır”.

Adıçəkilən komitənin sədri Aqiiyə Naxçıvanlı da bu məsələnin bir müddət öncə millət vəkili Tahir Rzayev tərəfindən komitənin iclasında  qaldırıldığını xatırladıb və deyib ki, çox təəssüflər olsun,  hələ də uşaqlarla belə üzücü, xoşagəlməz hallar yaşanır: “Bu məsələ doğrudan da ağrılı məsələdir və tək bizdə yox, dünyada üzləşilən bir problemdir. Bu məsələ hər birimizin diqqətində olmalıdır və diqqətindədir. Mən də belə hesab edirəm ki, bu problemin həllini tapması, uşaqların istismara, xüsusilə, cinsi istismara məruz qalmasının qarşısının alınması istiqamətində növbəti vacib addımlar atılmalıdır”.

H.NİHAT

Gununsesi.info