
“Bir deputat var – Arif Rəhimzadə. Azərbaycanın müstəqilliyinin əleyhinə səs versə də, müstəqil dövlətin yuxarı başında oturanlardan biri. “Ağsaqqal” müsahibə verib, deyib ki, “azərbaycanlılar türk sayılmır”, “azərbaycanlılar türk deyil, başqa xalqdır” və sair və ilaxır”.
Gununsesi.info xəbər verir ki, bunu “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev qeyd edib.
“Arif Rəhimzadə, sən nə millətisən, hər nəsən, özün bilərsən, millətimin soy-kökünə dil uzatma. Biz türkük. Mən türkəm” – deyən baş reaktorun sözlərinə görə, “azərbaycanlılar” deyə bir millət yoxdur:
“Onu Rusiyanın və İranın qorxusundan və ya onların xoşuna gəlmək üçün süni şəkildə uydurmusunuz.
Sən istəyirsən moltanı ol. Mənim milli kimliyimlə işin yoxdur.
Bax, sonra məndən inciyirlər ki, niyə bizə “zillət vəkili” deyirsən? Nə deyim?!”-deyə, o, sözlərinə əlavə edib.
Gununsesi.info












