Milli İstihbarat Təşkilatının 87 əməkdaşı xaric edilib

  • Müəllif: admin
  • 27 Sentyabr 2016 14:26

milli

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 87 əməkdaşı işdən çıxarılıb.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 15 iyul dövlət çevrilişi cəhdindən sonra FETÖ ilə əlaqədə şübhəli bilinən 141 MİT əməkdaşıdan 100-ü haqqında istintaq işi tamamlanıb.
Bunlardan 87-si işdən xaric edilib. İşdən çıxarılan əməkdaşlardan 52-si haqda cinayət işi başlanıb.

Anar
Gununsesi.info