Milli Məclis 1 məsələni gündəlikdən çıxartdı

  • Müəllif: admin
  • 25 Aprel 2017 12:12

millimeclis-2015_40

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyindən bir məsələ çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov məlumat verib.  O, qeyd edib ki, gündəliyin 17-ci məsələsi qanunvericilik təşəbbüsü subyekti tərəfindən geri çağırıldığı üçün gündəlikdən çıxarılıb. Onun yerinə Əziz Seyidovun Ali Məhkənin hakimi vəzifəsinə təyin olunması məsələsi gündəliyə əlavə edilib.

Qeyd edək ki, 17- ci məsələ Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı idi.

Kamil

Gununsesi.info