
Milli Məclisdə (MM) homoseksual gənclərlə bağlı məsələ qaldırılıb.
Gununsesi.org-un xəbərinə görə, onların problemləri parlamentin Gənclər və idman komitəsinin iclasında iştirak edən gənclərdən biri tərəfindən dilə gətirilib.
O qeyd edib ki, homoseksual, cinsi azlıqların nümayəndələri olan gənclər tez-tez fiziki və mənəvi təzyiqlərə, təsirlərə məruz qalırlar.
Buna cavabında adıçəkilən komitənin üzvü Elşən Musayev deyib ki, bu məsələdə dövləti heç cür günahlandırmaq olmaz.
O qeyd edib ki, bu məsələ daha çox milli mental dəyərlərdən irəli gələn ictimai qınaq və tənbehlə bağlıdır:
“Həm də düşünmürəm ki, onlara qarşı hər yerdə “qara zolaq” var. Bu, belə deyil. Mən bilmirəm siz faktları haradan almısınız, amma mənim bildiyim odur ki, həmin azlığın nümayəndələri də işlə təmin olunurlar”.












