Milli Məclisin yeni deputatından ona ünvanlanan suala gözlənilməz cavab - FOTO

  • By admin
  • 18 Aprel 2020 14:25

 

24 Saylı Nizami birinci seçki dairəsindən olan deputat Könül Nurullayevə ilə bağlı sosial şəbəkələrdə rezonansa səbəb olan mövzu yayılıb.

Gununsesi.org -un xəbərinə görə, deputat sosial şəbəkə hesabında seçicilərinə koronavirusla bağlı görülən işlər haqqında yazıb.

Vətəndaşlardan birinin statusun rəy bölümündəki sualına isə deputatın cavabı gözlənilməz olub.

Belə ki, “Siz hansı dairədən deputat təyin olunmusunuz” sualına Könül Nurullayeva “24 saylı Nizami birinci seçki dairəsindən” deyə  cavab yazıb.

Onun bu yazdıqlarını səmimi etiraf kimi qiymətləndirən sosial şəbəkə istifadəçiləri isə növbədənkənar parlament seçkiləri haqqında tənqidi fikir bölüşüb.

Ancaq bir müddət sonra deputat rəy bölümündəki cavab cümləsini silməli olub.

Gununsesi.org