Milli Qvardiyanın qadın əməkdaşı ilə uşaqlarının cəsədi evdə aşkarlanıb

  • By admin
  • 24 İyun 2019 14:14

Nyu-Yorkda Milli Qvardiyanın əməkdaşı Alla Auşeva və 2 azyaşlı uşağı qətlə yetirilib.

Gununsesi.org-un “New York Post” nəşrinə istinadən verdiyi xəbərə görə, Rusiya vətəndaşı olan ana ilə 2 və 3 yaşlı övladlarının cəsədi iyunun 22-də Staten-Aylend rayonunda evdə aşkarlanıb.

İlkin məlumata görə, qatil uşaqların atası Şeyn Uolkerdir. O, artıq saxlanılıb. Ancaq hələlik ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Kişi sərxoş halda evdən qaçarkən təhlükəsizlik kameralarına düşüb. O, avtomobilinə minərək hadisə yerindən uşaqlaşmaq istəyib, lakin müəyyən müddət sonra minik avtomobili ilə toqquşub. Bu zaman insident yerinə gələn polis əməşkaşları onu yaxalayaraq şöbəyə aparıblar.

Qeyd olunur ki, Alla Auşeva 2011-ci ildə “green card” udaraq ABŞ-a köçüb. Bir il sonra Amerika vətəndaşlığı əldə edərək Milli Qvardiyanın mühəndis taburunda işə düzəlib.