Milli Şura rəhbərliyi saxlanıldı - ƏLİ KƏRİMLİ VƏ CƏMİL HƏSƏNLİ SƏBAİL POLİSİNDƏ SAXLANILIR

  • Müəllif: admin
  • 17 Noyabr 2018 18:30

Bir müddət əvvəl Şəhidlərin Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmi Həsənli bir qrup tərəfdarları saxlanılıb.

Gununsesi.org bildirir ki, bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.

Ə.Kərimli və onun tərəfdarları Milli dirçəliş günü ilə əlaqədar  Şəhidlər Xiyabanına getməks istəyərkən polislə qarşıdurma olub. Nəticədə Əli Kərimli başda olmaq bir qrup AXCP fəalı saxlanılanaraq Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.

Hələlik, Daxili İşlər Nazirliyi və rəsmi qurumlardan müxalifət fəallarının saxlanması ilə bağlı məlumat almaq mümkün olmayıb.

Gununsesi.org