Milli Şuranın tərəfdarları “Məhsul” stadionuna toplaşdı -HÖKUMƏTDƏN SİYASİ MƏHBUSLARA AZADLIQ İSTƏNİLDİ

  • By admin
  • 11 Sentyabr 2016 19:24

mitinq-11-sentyabr-2016-1

Bir neçə dəqiqə əvvəl Milli Şuranın tərəfdarlarının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi başa çatıb. Mitinqi müşahidə edən Gununsesi.info-nun əməkdaşının xəbərinə görə, aksiyadan bir neçə saat əvvəl polis qüvvələri ərazidə ciddi təhlükəsizlik tədbirləri görüb. Belə ki, mitinqin keçirildiyi stadionunun biri istisna olmaqla bütün girişləri bağlanıb. Stadiona daxil olan vətəndaşların üzərinə baxış keçirilib.

Aksiyada diqqəti çəkən məqamlardan biri də dindarların çoxluğu olub.

Polis zabitləri bunu təhlükəsizlik tədbirləri kimi qiymətləndirib.

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli gözə dəyməyib. Aksiyada Vidadi Mirkamal, Nurəddin Məmmədli, Gültəkin Hacıbəyli geniş nitq söyləyib. Aksiyaya yekun çıxışı isə AXCP sədri Əli Kərimli edib.

Sonda mintinqin qətnaməsi oxunub. Qətnamədə siyasi məhbuslara azadlıq, demokratik islahatlara dair tələblər öz əksini tapıb.

m1