Minaya düşən jurnalistlər Avropa Şurasının hesabatında - ÖZƏL

  • By admin
  • 27 Aprel 2022 13:35

Bu gün Avropa Şurasının media azadlığı məsələləri ilə məşğul olan 15 tərəfdaş təşkilatı Avropada media azadlığının vəziyyəti ilə bağlı 2021-ci il və 2022-ci ilin başlanğıcı üçün “Gərginlik və münaqişələr dövründə mətbuat azadlığının müdafiəsi” adlı yeni illik hesabat dərc edib.

Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna göndərilən hesabata Azərbaycan da daxil edilib.

Azərbaycanın adı həbsdə olan jurnalistlər, medianın təzyiq altında olması , jurnalistləri hədəfə almaq üçün casus proqramlardan istifadə və sair problemlər əks olunub.
Hesabatda 2021-ci il iyunun 4-də AzərTAc dövlət agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycanın ictimai yayımı AzTV-nin operatoru Sirac Abışovun Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olması da qeyd olunur.

Qeyd olunur ki, adıçəkilən jurnalistlər Dağlıq Qarabağın qərbində Azərbaycan və Ermənistan arasında gedən döyüşləri işıqlandırırdılar.

Günay 
Gunununsesi.info