Mindən artıq ali məktəb və kollec tələbəsini təhsil haqqı ödəniləcək - ADM yeni müsabiqəyə start verib

  • By admin
  • 07 Aprel 2021 15:32

“870 bakalavr və magistr tələbəsinin təhsil xərcləri Azərbaycan Diplomatiya Mərkəzi (ADM) tərəfindən ödəniləcək. Keçirilən müsabiqədə müsabiqənin şərtləri əsasında seçilən tələbələrin yarım semestr üzrə təhsil haqqlarının ödənişi bu ilin mart, aprel və may aylarında təhsil aldıqları təhsil müəssisəsinə həmin tələbələrin adından həyata keçiriləcək”.
Bu barədə “Gününsesi.info”-ya adı çəkilən Mərkəzdən daxil olan məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, təhsil sahəsində yeni olan “Gücümüz həmrəyliyimizdir!” layihəsi Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. “Müsabiqədə ölkəmizin bütün regionlarında fəaliyyət göstərən özəl və dövlət təhsil müəssisələrində subbakalavr (kollec), bakalavr və magistr pillələrində əyani və qiyabi formada ödənişli əsaslarla təhsil alan tələbələr iştirak edə bilər”,-deyə Mərkəzdən verilən informasiyada qeyd olunur.
ADM bildirir ki, müsabiqədə ötən ilin sentyabr ayı ərzində kolleclərdən 200 tələbə iştirak edib. Layihə tərəfindən müsabiqənin şərtləri əsasında seçilən 170 tələbənin yarım semestr üzrə təhsil xərcləri tam və ya müəyyən qismi ödənişləri həyata keçirilən tələbələrin siyahısına əlavə edilib.
Bunlarla yanaşı ADM illik təhsil haqqlarının ödənilməsi ilə bağlı həyata keçirilən müsabiqəyə növbəti sənəd qəbulu elan edib. Məlumatda bildirilir ki, müsabiqənin məqsədi ölkəmizin bütün regionlarında fəaliyyət göstərən özəl və dövlət təhsil müəssisələrində subbakalavr (kollec), bakalavr və magisdr pillələrində əyani və qiyabi formada ödənişli əsaslarla təhsil alan tələbələrin yarım illik smestr üzrə təhsil haqqlarının tam və ya qismən maliyyələşməsidir. Müsabiqədə iştirak etmək istəyənlər ilk mərhələdə www.sosialtelebe.org saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 2021 – ci ilin mart ayinin 2 – dən başlayaraq aprel ayının 30-a dək davam edəcək.

Gununsesi.info