
Liviya sahillərində miqrantları daşıyan qayıq batıb.
Gununsesi.info “Türkiyə” qəzetinə istinadən verdiyi xəbərə görə, BMT Qaçqınlar üzrə Ali Komissarı Carlotta Sami bəyan edib ki, Liviya sahillərində növbəti dəfə faciə baş verib. Belə ki, miqrantları daşıyan iki ayrı qayığın batması nəticəsində 239 nəfər həyatını itirib.
Qeyd edək ki, bu il 4 min 220 miqrant Avropaya qaçaq yollarla getmək istəyərkən Aralıq dənizində boğularaq ölüb.
Anar
Gununsesi.info