ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunmasından danışıb.
Gununsesi.info xəbər verir ki, M. Ağayev çəkdiyi videonu şirkətin prezidenti Vahid Mustafayevə göndərib. V. Mustafayev həmin videonu sosial şəbəkədə paylaşıb.
“Bu gün artıq xalatı da soyundum, duş aldım, üzümü təmizlədim, saçımı daradım. Əsl studiyalığam. Bir dənə “Hesabat”ı aparmağım çatmır… 3-4 gündən sonra Bakıya qayıdacam. Hələlik əməliyyatın bərpa prosesindəyəm” .