Mirşahin ağır əməliyyatdan sonra Bakıya döndu

  • By admin
  • 06 Dekabr 2016 15:16

mirsahin

Telejurnalist səhhətində yaranan problemlərə görə keçən ay Türkiyəyə getmişdi.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar telejurnalist Mir Şahin Ağayev Bakıya qayıdıb. Gununsesi.info-nun məlumatına görə, jurnalist səhhətində yaranan problemlərlə bağlı ötən ay Türkiyəyə getmişdi.

Qardaş ölkədə əməliyyat olunan jurnalist İstanbuldakı müalicə kursundan sonra bu gün Vətənə qayıdıb.

Onun səhhətində problemlər bu ilin yayında, xüsusilə ANS televiziyasının iyul ayının 18-də bağlanmasından sonra kəskinləşmişdi.

Xatırladaq ki, bəzi saytlar onun ölkəni tərk etdiyini iddia etmişdilər.

Gununsesi.info