Moldova xarici işlər nazirinin müavini Azərbaycana gəlir

  • By admin
  • 24 Yanvar 2017 15:03

george_leuke

Fevral ayının sonunda Moldova xarici işlər nazirinin müavini Lilian Dariy Azərbaycana səfər edəcək.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

O, bildirib ki, L. Dariy Bakıda Azərbaycan-Moldova XİN-lər arasındakı siyasi məsləhətləşmələrdə iştirak edəcək.
Bu il həmçinin Azərbaycan-Moldova iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyasının iclası keçiriləcək. İclasda Moldova baş nazirinin müavini Oktavian Kalmık iştirak edəcək. İclas zamanı iqtisadiyyat, mədəniyyət və təhsil məsələləri müzakirə olunacaq.

Gununsesi.info