Moskva metrosu- Böyük Dairəvi Xətt dünyanın ən uzun xəttinə çevrildi

  • By admin
  • 06 Mart 2023 18:03

Martın 1-də Moskvada metro sisteminin genişləndirilməsi və müasirləşdirilməsi, o cümlədən Dairəvi xəttin yükünün azaldılması və Moskvada tıxac probleminin yüngülləşdirilməsi üçün nəzərdə tutulmuş metronun Böyük Dairəvi Xətt (BDX) tam istifadəyə verilib. 31 stansiya və 3 elektrik deposunun yerləşdiyi BDX-nin ümumi uzunluğu 70 km təşkil edir.

Ən uzun dairəvi metro xətti rekord müddətdə inşa edilib. Onun birinci hissəsi 2018, ardınca Moskva tarixində ən uzun hissə sayılan 21 km-lik hissə və 10 stansiya daxil olmaqla daha bir neçəsi 2021-ci ildə açılıb.

Kompleks layihə və mühəndislik həlləri sayəsində metrohalqası şəhərin vahid infrastrukturuna daxil edilib. BDX bütünmövcud və perspektivli radial metro xətlərini birləşdirir, eyni zamanda digər nəqliyyat növlərinə keçidləri təmin edir. Məsələn, əvvəllər sərnişinlər bir məntəqədən digərinə getmək üçün mərkəzdə keçid etməyə məcbur idi. Bundan sonra isə alternativ marşrutlar yaradılaraq digər xətlərə əlavə 47 keçid təmin edilərək həmin məcbiriyyət aradan qaldırılıb.

Həyata keçirilən memarlıq həlləri zamana uyğundur: ənənəvi və müasir, sadə və mürəkkəb, ciddi və ironik. Ammametronun DNTsini, onun fərdiliyini yeni və tarixi stansiyaların hər birində tapmaq mümkündür.

Bundan əlavə, BDX sərnişinləri Moskva metropolitenininbütün yüksək texnoloji xidmətlərindən, o cümlədən ən rahatödəniş üsullarından istifadə edə biləcəklər MoskvaMetropoliteninin bilet sistemi nüfuzlu beynəlxalq NəqliyyatBiletləri Mükafatı tərəfindən iki dəfə (2020, 2021) dünyanın ənyaxşı sistemi kimi tanınıb. Xəttdəki hər turniketdə gediş haqqını təkcə biletlə deyil, həm də bank kartı ilə ödəmək mümkündür, hərfoyedəki iki turniket biometrik ödənişlər də qəbul edəcək.

BDXni fərqləndirən daha bir cəhət qatarların təchizatıdır. Burada həm turistlərin səyahəti, həm də heyət üçün rahat şərait yaradılıb. Missal olaraq geniş qapılar, vaqonlar arasında keçidlər, telefonları doldurmaq üçün USB qurğular, məlumat ekranları və havanı dezinfeksiya edən kondisionerləri qeyd etmək olar. Bundan başqa təkmilləşdirilmiş küy izolyasiyası və rəng hərarətini günün vaxtına uyğunlaşdıran adaptiv işıqlandırma gedişin rahatlığını təmin edir.

Yeni qısa marşrutlar və sürətli keçidlər, yükü azaldılmış metro xətləri və yollar ilə BDX paytaxtın bütün sakinləri və qonaqların gediş-gəlişini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq bir layihədir. Xətt şəhərin 3,3 mln insanın yaşadığı 34 rayonundankeçir ki, bu da bütün Moskva əhalisinin 30%-ni təşkil edir. Eyni zamanda 1,2 milyon moskvalının piyada gediş məsafəsində yenimetro stansiyası yaranıb. Rayonlar arasında yeni nəqliyyatəlaqələri gündə 45 dəqiqəyə qədər vaxta qənaət etmə imkan verir.

Gununsesi.info