Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib  

  • By admin
  • 15 İyun 2016 15:55

 

mud

 

Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Bu barədə Gununsesi.info-ya Müdafiə nazirliyinin  mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub.
İclas çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə ikitərəfli görüşü də olub.
Görüşdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

 

mudafi

 

Gununsesi.info