Moskvadan Yerevana uçan təyyarə son anda faciədən qurtuldu

  • By admin
  • 21 İyun 2018 15:31

Moskvadan Ermənistanın paytaxtına uçan təyyarə digər sərnişin təyyarəsi ilə toqquşmadan son anda qaçıb.

Gunusesi.info xəbər verir ki, bununla bağlı REN TV məlumat yayıb.

Məlumatlara görə, təyyarələr Rostov vilayətində bir-birinə həddindən çox yaxınlaşıb.

Hadisə zamanı təyyarələrdən birində qəza siqnalı yanıb.

Bundan sonra pilot uçuş hündürlüyünü 325 metrə qədər endirib.