Moskvanın “Domodedovo” Beynəlxalq Hava Limanına pilotun özünü pis hiss etməsi səbəbindən şəxsi təyyarə eniş edib və nəticədə pilot ölüb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Moskva Regionlararası İstintaq İdarəsi faktla bağlı araşdırma aparır.
“Təhqiqatçılar hadisənin bütün təfərrüatlarını araşdırırlar”, – deyə NMRİİ nümayəndəsi Tatyana Morozova bildirib.
“SRG206” tipli təyyarə bir müddət əvvəl Almaniyanın Ştutqart şəhərindən Moskvaya enib və bu gün günorta Penza şəhərinə yola düşüb. Lakin kapitanın özünü pis hiss etməsi səbəbindən o, yenidən Moskvaya qayıdıb. Enişi ikinci pilot edib.
Gununsesi.info










