Mosula qayıdanların sayı 250 minə çatdı

  • By admin
  • 03 Avqust 2017 20:19

Musul-donus-1jpg-19-09-50
4 il İŞİD işğalında qalan Mosul şəhəri 9 aylıq əməliyyatdan sonra iyunun 11-də tamamilə azad edilmişdi.

Gununsesi.info Euronews-a istinadən xəbər verir ki, qanlısavaşlar zamanı 900 mində çox Mosul sakini şəhəri tərk etmək məcburiyyətində qalmışdı

Lakin, şəhər azad edildikdən sonra bir çoxları evinə geri dönməyə başlayıb. Məlumata görə, artıq 250 minə yaxın Mosul sakini geri qayıdıb.

Evləri dağılmış vəziyyətdə olan mosullular şəhəri əvvəlki günlrinə qaytarmaq üçün hökumətin çalışmaları sürətləndirməsini gözləyir.

Gununsesi.info