Kürdə batmış Şirvan sakininin meyiti tapıldı - YENİLƏNİB

  • By admin
  • 03 Avqust 2017 20:24

cayyy

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Kür çayında batmış şəxsin meyitini tapıblar.

Gununsesi.info-nun xəbərinə görə, A. Bayramlının meyiti batdığı yerdə aşkar edilib.

***

Şirvan şəhər sakini Kür çayında batıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, 2000-ci il təvəllüdlü Ağamurad Hidayət oğlu Bayramlı bu gün çayda çimərkən boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun axtarışlarını davam etdirirlər.

Gununsesi.info