Mövlud Çavuşoğlu: “Ərdoğan müsəlman ölkələrinin ümididir”

  • By admin
  • 04 İyun 2018 16:54

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin ümididir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona səfəri zamanı deyib.

M.Çavuşoğlu həmçinin ABŞ-da yaşayan Türkiyə vətəndaşlarını 24 iyunda keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb:

“Bu seçkilər Türkiyə üçün çox vacib və ən taleyüklü seçkilər hesab olunur”.

Qeyd edək ki, iyun ayının 24-ü Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.

 

Gununsesi.info