MTN-nin qadın generalına cəza verildi - NATAVAN MÜRVƏTOVA 5 İL ŞƏRTİ CƏZA ALDI

  • By admin
  • 23 Aprel 2018 15:56

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Gununsesi.info bildirir ki, məhkəmənin hökmü ilə general Natavan Mürvətovaya 5 il sınaq müddəti olmaqla şərti cəza təyin olunub.

Gununsesi.info