Müəllimlərin qəzəbinə tuş gələn direktor danışdı - ÖZƏL

  • By admin
  • 04 Oktyabr 2022 11:22

“Məni işdən çıxarmayıblar, hamısı böhtandır. Bunu kim deyir ki, axı, belə bir şey yoxdur”

Bunu Gununsesi.info-ya Şəkinin Cəfərabad kən tam orta məktəbinin direktoru Rahim Salamov müəllimlərin ona etiraz olaraq dərsləri boykot etməsi faktına münasibətində bildirib.

Rahim Salamov iddia edib ki, barəsində deyilənlər həqiqətəuyğun deyil: “Mənim hər hansı bir neqativ əməlim olmayıb ki, məni işdən azad etsinlər”.

Qeyd edək ki, bu gün səhər saatlarında Şəkinin Cəfərabad kəndində ötən tədris ilində işdən çıxarılan direktorun yenidən vəzifəsinə qayıtması müəllimlərin etirazına səbəb olub. 

BUNA DA BAX!

Şəkinin bu kəndində müəllimlər dərsi boykot etdi

 

Dərsləri boykot edən müəllimlər onun məktəbdən getməsini tələb edir.

Hələlik, olayla bağlı Elm və Təhsil Nazirliyinin mövqeyi yoxdur.

 

Günay Təhməzova

Gununsesi.info