Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi - FOTOLAR

  • By admin
  • 18 Sentyabr 2017 18:04

8e1242bb76249cf30ec88e15aa9642c3

Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissədə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nazirlik rəhbərliyi Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstünü ziyarət edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.

Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.

e8e8eb3f96374c40135f9924219fd1b5 045fc287bc0edb45ff4a023dd6c5de47

Gununsesi.info