Müdafiə Nazirliyinin rəhbərliyi media kapitanları ilə görüşdü - FOTOLAR

  • By admin
  • 19 Oktyabr 2016 17:10

mod2

Müdafiə Nazirliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə oktyabrın 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Müdafiə Nazirliyi, Azərbaycan Mətbuat Şurasının nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin, internet xəbər saytlarının, eləcə də digər nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev “dəyirmi masa”nı açaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayıb və dəvəti qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirib.
Daha sonra sabiq dövlət başçısı Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Aqil Abbas, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, habelə “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Azərfaks” İnformasiya Agentliyinin rəhbəri Nicat Dağlar, “Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, “Strateq.az” saytının rəhbəri Elxan Şükürlü, “Strategiya.az” saytının rəhbəri İsmayıl Qasımov,  Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı və başqaları media-Silahlı Qüvvələr əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan söz açaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər.
“Dəyirmi masa” iştirakçıları bu kimi tədbirlərin aktuallığını nəzərə alaraq bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyətinin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

mod mod3 mod1

Gununsesi.info