Müdir müafizəçinin qulağını qopardı

  • Müəllif: admin
  • 06 Sentyabr 2017 19:00

dava_doy67

Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.

Gununsesi.info report-a istinadən məlumat verir ki, hadisə Mingəçevir şəhərində yerləşən “5+” supermarketlər şəbəkəsinin 20 Yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində yerləşən filialında baş verib.

Belə ki, filial direktoru ilə supermarketin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi, 1980-ci il təvəllüdlü Nurlan Musa oğlu Verdiyev döyülərək, ağır bədən xəsarətləri alıb.

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, onun üz və baş nayihələrində ağır xəsarətlər müəyyən edilib: “Xəstənin bir qulağı küt alətlə vurulan zərbə nəticəsində cırılıb və müəyyən hissəsi başından ayrılıb. Onun qulağı əməliyyat olunaraq tikilib. Bundan başqa, xəstənin üz və digər nahiyələrində sıyrılmış-cırılmış xəsarətlər olub”.

Münaqişənin səbəbi isə mühafizəçinin filial müdirindən marketlər şəbəkəsinin rəhbərliyinə şikayət etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info