Müğənni “Qarabağ”ın oyununda tum çırtlayanlara əsəbləşdi: "Sizlərin gəlməyindənsə, gəlməməyi daha yaxşıdı"

  • By admin
  • 03 Avqust 2016 10:05

elnur

 

“Biz Qarabağı qalib gəldiyi üçün sevmədik. Ümumi oyunda çox gözəl idi, bütün futbolçularımıza təşəkkür düşür gözəl oyun sərgilədikləri üçün”.

Gununsesi.info xəbər verir ki, bunu əslən Ağdamdan olan tanınmış gənc muğam ifaçısı,  Dövlət Opera və Balet Teatrının solisti  Elnur Zeynalov öz “Facebook” statusunda yazıb.
“Hələ heç nə bitməyib,  hər şey qabaqdadı, ruhdan düşmək olmaz.
Sözüm gəlib tum yeyənlərədi- QARABAĞ  “qol” vuranda hər şey “əla” idi, qol buraxandan sonra nalayiq sözlər eşidilirdi, sizin kimilərin gəlməyindənsə, gəlməməyi daha yaxşıdı.
Bir daha Qurban Qurbanov başda olmaqla bütün futbolçularımıza təşəkkür.
Yeni transfer arzusuyla …”-deyə, o, daha sonra qeyd edib.

Gununsesi.info