“60 uşaqdan heç bir xəbərimiz yoxdur” - Komitə sədri

  • By admin
  • 18 Noyabr 2016 12:29

hicran

“Azərbaycanda qaçqın və məcburi köçkün uşaqların sayı 330 min 80 nəfərdir”. 

Gununsesi.info xəbər verir ki,  bunu jurnalistlərə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O, bildirib ki, bu uşaqlar normal şəraitdən, uşaq mühitindən kənarda böyüyür. Belə uşaqların lazımi təhsil alması, cəmiyyətdə uğurlu mövqe tutması üçün mühüm işlər görülsə də, onlar uşaq vaxtlarında güclü stress keçiriblər.

H. Hüseynova qeyd edib ki, Azərbaycanda müharibə dövründə əsir və itkin düşmüş və girov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır: “ Onlardan 20-si qız, 40-ı oğlandır. Uzun illərdir, həmin uşaqlar haqqında heç bir məlumat ala bilmirik”.

Gununsesi.info