

Onun yolu bağlatdırmasına səbəb həmin küçədə saatlardır çəkiliş etməsidir
Bu dəqiqələrdə Bakının Səbail rayonu Füzuli küçəsi Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları tərəfindən bağlanıb.
Gununsesi.info Bizimyol.info-ya istinadən xəbər verir ki, şahidi olduğu hadisə bir neçə saatdır davam edir. Nəticədə həmin yolla hərəkət edən sürücülər narazılıq edərək yol bağlamağın qanunsuz olduğunu bildirib.
Bağlanan küçənin alternativi olmadığı üçün ərazidə tixac yaranıb və nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb. Ərazidə olan vətəndaşların bildirdiyinə görə, yolu məşhur şoumen, teleaparıcı Murad Dadaşov bağlatdırıb. Onun yolu bağlatdırmasına səbəb həmin küçədə saatlardır çəkiliş etməsidir.
Məsələ ilə Murad Dadaşovla telefon əlaqəsi saxlanılıb. O, sualı dinləmədən “mən hazırda ölkədə deyiləm, Riqadayam, 3-4 gündən sonra əlaqə sxalayarsınız. Telefon rouminqdədir, danışa bilməyəcəm” – deyərək əlaqəni kəsib.
Ancaq qeyd edək ki, çəkiliş meydançasından fotosunu çəkdiyimiz Mercedes Benz Gelandewagen avtomobilinin Murad Dadaşova məxsus olduğu haqda məlumatımız var.
****
Report xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən “Bakı” adlı müasir filmin çəkilişlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən “Report”a daxil olan xəbərə görə, bununla əlaqədar əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırılır ki, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.






Gununsesi.info