
Millət vəkili, professor Musa Qasımlıya ağır itki üz verib. Millət vəkilinin bacıqı qızı avtomobil vurması nəticəsində faciəvi şəkildə dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində baş verib.
27 yaşlı gənc oğlan “Mercedes” markalı avtomobili sürətlə idarə edib və idarəetməni itirmə nəticəsində dayanacaqda dayanan 4 qadına çırpılıb. Nəticədə 2 qadın yerindəcə dünyasını dəyişib. Maşın hətta vurduğu qadınlardan birini 50 metr məsafəyədək sürüyüb. Digər iki qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların sonrakı taleyindən xəbər yoxdur.
Hadisə yerində faciəvi şəkildə dünyasını dəyişən qadınlardan biri də millət vəkili Musa Qasımlının bacısı qızıdır.
Mərhumun yas mərasimi oktyabrın 11-də Sumqayıt şəhərində keçiriləcək. Allah rəhmət eləsin.
Gununsesi.info












