Müsavat mitinq keçirdi - Fotolar

  • By admin
  • 18 Sentyabr 2016 17:09

musavat

Bu gün Müsavat Partiyası metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda “Yaşasın Respublika!” şüarı ilə mitinq keçirir.

Gununsesi.info-nun Musavat.com-a istinadən məlumatına görə, mitinq saat 15:00-dan etibarən başlayıb.

Hazırda ərazi polis əməkdaşları tərəfindən mühafizə edilir.

Müsavat Partiyasının başqanı Arif Hacılı və eks başqan İsa Qəmbər tribunaya birlikdə qalxıblar. Mitinq Azərbaycan Respublikasının himni ilə açıq elan edilib.

Mitinq başa çatıb, aksiyada hər hansı insident qeydə alınmayıb.

musa

m1

Gununsesi.info