Müsavat Partiyası parlament seçkilərinə qatılacaq – Qərar verildi

  • By admin
  • 07 Dekabr 2019 14:44

Müsavat Partiyası 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bu gün Müsavat Partiyası Milli Məclisinin növbədənkənar sessiyası keçirilib.

Müzakirələrdən sonra Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi barədə qərar qəbul olunub.

Gununsesi.org