Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran ifaçı ikinci uşaq sahibi olmaq istəmədiyini bildirib:

“İkinci uşaq haqda düşünmürəm. Uşaq mediadan gizlətməsi mümkün olmayan yeganə varlıqdır. Belə bir xəbər olsaydı, bilərdiniz. Tətilə çıxacam. Kökəlmişəm. Görüm, bu il məni çimərlikdə çəkə biləcəklərmi?”.

Qeyd edək ki, Ceceli 9 illik həyat yoldaşı Sinem Gedikdən boşandıqdan sonra Selin İmerlə ailə qurub. Müğənninin əvvəlki nikahından bir oğlu var. Bu yaxınlarda Sinemin də 4 aylıq hamilə olduğu iddia olunurdu.