Ukrayna ordusu Donbasda hücuma keçdi

  • By admin
  • 20 İyun 2018 19:56

Ukraynanın hərbi birləşmələri hazırda separatçıların nəzarətində olan Luqansk vilayətinə iki kilometrə qədər irəliləyib.

Gununsesi.info xəbər verir ki, bu haqda Ukrayna birləşmiş qüvvələrinin əməliyyat qərargahının mətbuat mərkəzinin “Facebook” səhifəsində bildirilir.

Hərbi komandanlıq əməliyyatın separatçı yaraqlıların Jelobok kəndi yaxınlığındakı ordu mövqelərinə yaxınlaşmasından sonra həyata keçirildiyini açıqlayıb. Qərara alınıb ki, təhlükəsiz zolaq yaratmaq məqsədilə mövqelər daha irəli çəkilsin.

Əməliyyat iki həftə ərzində aparılsa da, mətbuatdan gizli saxlanılıb.

“Birinci eşelon briqadalarından birinin müdafiə sahəsində iki kilometrə qədər dərinlikdə təhlükəsiz zolağın yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirilib”, -deyə məlumatda qeyd olunur.