Gununsesi.info Modern.az-a istinadən məsələ ilə bağlı bildirir ki, danışan Bakı Şəhər Yol Polisİ İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib ki, jurnalistlərin müraciəti nəzərə alınaraq binaların qarşısına svetofor yerləşdirilib.
“Svetofor qurulsa da hələ ki işləmir. Buna səbəb svetofora elektrik enerjininin verilməməsi və svetoforun sənədləşdirilməməsidir. Yaxın günlərlə bu məsələlər də həllini tapacaq”.
V.Əsədov deyib ki, svetofor tam işə düşənə qədər sürücülər hərəkətlərini mövcud qanunvericiliyə görə davam etdirməlidirlər.
“Hazırda svetofor işləmir, ona görə də jurnalistlərimiz mərkəzə gəlmək üçün əvvəl etdikləri kimi bir az irəlidən dönüb qayıtmalıdırlar, əks halda cərimə olunacaqlar”.









